sorğu
Binəqədi rayon Xocasən bələdiyyəsi “E-manat” stasionar ödəniş sisteminə qoşulub.
Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə Xocasən bələdiyyəsi “E-manat” stasionar ödəniş sisteminə qoşulub. Məqsəd yerli vergi ödəyicilərinin rahatlığını təmin etməklə, büdcə daxilolmalarının həcmini artırmaqdır.
E-manat sisteminə ilk olaraq Nəsimi bələdiyyəsi qoşulub və sonradan bu bələdiyyənin təşəbbüsü və təşkilatçılığı ilə daha on üç bələdiyyə-Bakıxanov, Sabunçu, Yasamal, Kürdəxanı, Maştağa, Xırdalan, Zabrat, Ramana, Nizami, Pirşağı, Balaxanı və Bilgəh bələdiyyəsi qoşulub.
Belediyye.info